"Əvvəl 197 saylı marşrut vardı, BNA yarananda ləğv etdi..." - GİLEY






Sahil qəsəbəsinin sakinləri Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ediblər. 3200 nəfərin imzaladığı müraciətdə sakinlər paytaxtda getməkdə çətinlik çəkdiklərini, yalnız bir marşrut xəttinin olduğunu, onun da Bəylər Əyyubova məxsusluğunu qeyd ediblər.

DİA.AZ-ın məlumatına görə, sakinlər adından danışan Əli Əsədli bildirib ki, onlar BNA rəsmilərindən birinin ötən ilin sonunda ən çox narazı olan qəsəbələrə marşrut xətləri veriləcəyi haqda vədindən sonra kampaniyaya başlayıblar. 3200 nəfər sakinin imzaladığı müraciət BNA-ya təqdim edilib:

"Bizim müraciətə 1 ay sonra cavab verdilər ki, bununla bağlı müzakirələr aparılsa da, hələ marşrut verilməsi yaxın vaxtlarda görünmür. Ancaq ondan sonra BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq, o, ötən ilin sonunda Sahil qəsəbəsinin marşrut xəttində ciddi dəyişikliklərin olacağını vəd etdi. Eyni zamanda, BNA "Facebook” səhifəsində bizə məlumat verdi ki, 2019-cu ilin sonuna kimi marşrut veriləcək. Amma il başa çatdı, vədlərini yerinə yetirmədilər”.

Əli Əsədli hazırda qəsəbəyə işləyən marşrut avtobuslarının köhnə və istifadə müddətinin başa vurduğunu qeyd edib:

"Bu avtobuslar da bir neçə dəfə qəza törədiblər. Əvvəl 197 saylı marşrut vardı, BNA yarananda ləğv etdi. Səbəb də göstərdilər ki, 125 saylı marşrutun xəttini təkrar edir. İndi 125 saylı marşrutu Lökbatan qəsəbəsinə veriblər. Bununla məsələni qapatdılar, təəssüf ki, yenidən qurumun "Facebook” səhifəsinə müraciət etsək də, yenilik olmadığını söylədilər. Halbuki, bizə ötən ilin sonunda xətt açılacağını vəd etmişdilər”.DİA.AZ

Son xəbərlər

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Bütün xəbərlər