Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ




113 saylı Şəki şəhər seçki dairəsində toqquşan və namizədlikləri qeydə alınan milyonçu oğlu ilə məmur oğlu seçkidən geri çəkilib.

DoğruXəbər.az xəbər verir ki, ilk gündən "ölüm qrupu” adlanan dairədən namizədliyini irəli sürən xüsusilə iki gənc diqqət çəkirdi. Onlardan biri vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadə idi.

Nicat Mustafazadə "Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham Biznes Məktəbinin məzunudur. Atası Nasir Mustafazadə "Azəri Servis” LTD-nin rəhbəridir, əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.

Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk iş adamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu. İndi oğlu N.Mustafazadənin Şəkidən deputatlığa iddialı olması və sonradan imtina etməsi maraq doğurub.

Dairədən namizədliyini vermiş, daha sonra seçkidən imtina edən digər şəxs isə Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur. Firon Əliyevin 1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyev də məlum olmayan səbəbdən seçkidən geri çəkilib.

Xatırladaq ki, Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus "SYNERGY GROUP” MMC-də Kommersiya departamenti direktoru vəzifəsində çalışır.

Hazırda sözügedən dairədən yeganə iddialı namizəd YAP-çı Vüqar Yapon oğlu İsgəndərovdur. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İsgəndərov idmançı kimi tanınır. Hazırda ən təhlükəli namizədləri geri çəkilən V.İsgəndərovun deputatlıq şansı yüksək qiymətləndirilir.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər