Əfv Komissiyasının yeni sədri kim olacaq? - Gözlənti





Bu yaxınlarda Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənəcək. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, komissiyanın yeni sədri təyin olunacaq və tərkib açıqlanacaq.

Prezident Administrasiyasının rəhbəri həm də Əfv Komissiyasının sədri olur. Qanunda bununla bağlı hansısa qadağa və ya tələb yoxdur. Sadəcə, komissiya yarandığı gündən bu günə qədər belə olub. Çünki ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilati, texniki həllə bağlı müvafiq komissiya yaradılır.

Hazırda komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Ötən ilin sentyabrında prezident fərmanı ilə komissiya üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib. Komissiyanın hazırkı digər üzvləri barədə isə PA-nın rəsmi saytında 2016-cı ilə aid məlumatlardır.

Həmin məlumatda komissiya üzvləri ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin V çağırış üzrə deputatları Əhliman Əmiraslanov, Bəxtiyar Əliyev, Azay Quliyev, Səttar Möhbalıyev, Elmira Axundova, Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, əməkdar müəllim Cəmilə Ramazanovadır. Komissiyanın katibi isə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılovadır.

Komissiya üzvü Rəşad Məcid “Yeni Müsavat”a bildirdi ki, komissiyanın yeni sədri və tərkibinin təyin olunması prezidentin səlahiyyətində olan məsələdir. Onun sözlərinə görə, mütəmadi olaraq ona komissiya üzvü kimi müraciətlər daxil olmaqdadır: “Biz də bu müraciətləri göndəririk. Mənim kimi digər komissiya üzvlərinə də yəqin ki, çoxlu müraciətlər olur. Ona görə də şübhəsiz ki, prezidentin sərəncamı ilə yeni sədr və tərkib təyin olunmalıdır, iclaslar başlamalıdır”.

R.Məcid yeni tərkibin üzvləri sırasında dəyişikliklər olacağını istisna etmədi: “Ola bilsin ki, üzvlər də dəyişdi. Hər halda, yaxın vaxtlarda sədr və tərkib təyin olunsun, iclaslar da başlayacaq”.

R.Məcid martda əfv olacağına əmin deyil: “Çünki yanvardan iclaslar olmalıdır. Hər il 10-dan çox iclas olur. Bu dəfə seçki prosesi yaşanır, vaxt baxımdan hansısa problemlər yarana bilər deyə Novruzda yox, 28 mayda əfv imzalanması mümkündür”.

Komissiya üzvü Əliməmməd Nuriyev isə “Yeni Müsavat”a bildirdi ki, Əfv Komissiyası fasiləsiz olaraq işləyir, müraciətlərə baxılır. O, martda əfv fərmanı imzalanmasını istisna etmədi: “Ona görə ki, təcrübədə bir qayda olaraq əfv sərəncamları Novruz bayramında imzalanıb. Ötən il də Novruz bayramında prezident əfv imzaladı və yüzlərlə ailə sevindi. Bu Novruzda da istisna etmirəm. Amma əfv imzalamaq prezidentin səlahiyyətindədir və birmənalı fikir söyləmək çətindir".

Məlumat üçün deyək ki, komissiyanın iclası üzvlərinin azı on üç nəfəri iştirak etdiyi halda keçirilir. İclasda Ali Məhkəmənin sədri, baş prokuror və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.

Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi Prezidentə təqdim olunur.

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Xatırladaq ki, ötən il prezidentin imzaladığı əfv fərmanı ilə 50-dən çox siyasi dustaq sayılan şəxslər də azadlığa çıxmışdı.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər