gundem
11.02.2020
Zəngilan seçki dairəsindən deputatlığa namizədlər prezidentə müraciət etdi
![]()
59 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa yeddi namizəd YAP-dan namizəd İmamverdi İsmayılovun lehinə seçkilərin ümumi saxtalaşdırılması ilə bağlı açıqlama verib.
DogruXəbər.az xəbər verir ki, namizədlər müvafiq şikayətlə bağlı dövlət başçısına müraciət ediblər.
Bir qrup namizəd əllərində foto və videoların, eləcə də müşahidəçilərin tərtib etdikləri aktların olduğunu bildirib. Onlar əllərində olan bütün faktları müvafiq strukturlara təqdim etmək niyyətindədirlər.
Namizədlər Anar Əsədli, Faiq Kərimov, Afət Məhərrəmova, Qara Məmmədov, Emin Həsənov, Nazim Azadoğlu və Baxşəli Əliyev deputat mandatının “25 ildir öz seçicilərinin etimadını doğrultmayan” bir kəsə verilməməsi üçün mübarizə aparmaq niyyətindədirlər./Virtualaz.org


