Bu rayonda yol çox bərbad vəziyyətdədir - Prezident





Prezident İlham Əliyev bu gün Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

DogruXəbər.az xəbər verir ki, görülən işlər barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib:

- Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu–Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.

İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.

Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.

Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir.

Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.

Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.

Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.

Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır./Axar.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər