gundem
20.02.2020
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub.
DogruXəbər.az xəbər verir ki, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən "Araz market"dən oğurluq etmək istəyən naməlum şəxsi mağazanin mühafizəçisi Elvin Muxtarov saxlamaq istəyib. Bu zaman naməlum şəxs mühafizəçinin qoluna bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır./Report


