gundem
20.02.2020
Metroda sabahdan dezinfeksiya başlayır

Fevralın 21-dən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.
DogruXəbər.az xəbər verir ki Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: “Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq”.


