gundem / sosial
4.03.2020, 15:42
"Martın 9-dək məktəblərdə dezinfeksiya işləri tam olaraq yekunlaşacaq" - Cəsarət Valehov

İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin, demək olar ki, yarısını təşkil edir:
"Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq".
C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.


