Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib





Martın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə şəhərin Yeni Çələbixan qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin davamlı inkişafı üçün həyata keçirilən tədbirlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasını təmin edir. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən keyfiyyətli tibbi xidmətlə təminatını da daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşırığı ilə məcburi köçkünlər üçün salınan qəsəbələrdə tibb məntəqələr də fəaliyyət göstərir.
Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət müxtəlif ixtisaslı 12 həkim tərəfindən aparılıb. Məcburi köçkünlər, ilk növbədə, koronavirus və ona qarşı profilaktiki tədbirlər barədə məlumatlandırılıblar. Qızdırma, öskürək, boğaz ağrısı ilə bağlı müraciət edənlər dərhal müayinədən keçiriliblər. Bundan başqa, aksiya zamanı məcburi köçkünlərə stomatoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 160 nəfərdən çox məcburi köçkünü müayinə edib. Müayinələrin nəticəsindən asılı olaraq onlara müvafiq tövsiyələr və tibbi göstərişlər verilib.
Məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət aksiyasının keçirilməsi ənənəvi xarakter daşıyır.
Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Son xəbərlər

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Bütün xəbərlər