dunya
13.03.2020, 16:46
ABŞ İraq ordusunun mövqelərini bombalayıb

Suriyanın dövlət televiziyası ABŞ-ın rəhbərlik etdiyi etdiyi koalisiya qüvvələrinə məxsus təyyarələr cümə günü səhər saatlarında Əlbu Kamalın cənub şərqini bombaladığını açıqlayıb.
"Əl Youm" xəbər saytı da İraq ordusuna bağlı "Haşdi Şabi" mövqelərini vuran təyyarələrin ABŞ-a məxsus olduğunu təsdiqləyib.
Hücumlar əsasən Səlahəddin, Babil, Vasit, Bəsrə və Kərbəladakı bazalara qarşı həyata keçirilib.
"Əl Məyadin" xəbər kanalı da Amerika döyüş təyyarələrinin İraqın Ənbar əyalətinin hava məkanında patrul uçuşları etdiyini, "Eynul Əsəd" bazasında da vertolyotların uçduğunu bildirib.


