Azərbaycanın İndoneziyadakı səfirliyi koronovirusla bağlı vətəndaşlarımıza müraciət etdi















Azərbaycanın İndoneziyadakı səfirliyi yeni tip koronavirus (COVlD-19) epidemiyasının akkreditə olduğu ölkələrdə sürətlə yayılması ilə bağlı bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edib.

dogruxeber.tv xəbər verir ki, səfirlikdən Trend-ə bildiriblər ki, Səfirliyin akkreditə olduğu ölkələr olan İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə "Qaynar xətt" (Əlaqə telefonu: +6281295622297; +6281293596611) yaradılıb.

Səfirlik vətəndaşlarımızdan koronavirusdan effektiv şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomları yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.

Bununla yanaşı, səfirlik rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatları yerləşdirib və akkreditə olunan ölkələrdə yaşayan vətəndaşlar ilə operativ əlaqənin qurulması üçün ümumi "Whatsapp" qrupu yaradıb. Səfirlik mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlayaraq, onlara mövcud şərait ilə əlaqədar diqqətli olmağı və təlimatlara riayət etməyi tövsiyə edir.

Eyni zamanda, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azadılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatları təxirə salındığı və vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacağı vurğulanıb.

Səfirlikdən verilən məlumata əsasən bu günə olan tarixə qədər səfirliyin akkreditə olduğu ölkələrdə yaşayan həmvətənlərimizdə koronovirusuna yoluxma halı müşahidə olunmayıb və bununla bağlı səfirliyimizə heç bir məlumat daxil olmayıb.

Oxunub: 703

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər