dunya
17.03.2020
Paşinyan: Ermənilər Qarabağa gəlməsin

Qondarma Qarabağ rejimində 31 martda keçiriləcək “parlament və prezident seçkiləri” təxirə salınmayacaq.
dogruxeber.tv xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
Məlumata görə, buna əsas səbəb qondarma rejimdə koronavirusa yoluxmanın qeydə alınmamasıdır.
Ermənistan Baş naziri Nikol Paşinyan da parlamentdə qondarma rejimlə bağlı oxşar bəyanatla çıxış edib. O, həmçinin xaricdəki erməniləri Qarabağ və Ermənistana səfər etməməyə səsləyib. /Axar.az/


