Koronavirusla bağlı SON STATİSTİKA – ABŞ-dan növbəti anti-rekord











Koronavirus pandemiyanın (COVID-19) yayıldığı ölkələrin sayı 198-ə yüksəlib.

dogruxeber.tv xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən gün dünyada 45,582 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, dünyada virusa yoluxanların ümumi sayı 468,156 nəfər olub. Virusa yoluxan 113,812 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 333,023 şəxs müalicə alır.

Ötən sutka ərzində 2,286 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 21,180 nəfərə çatıb.

Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (10,796), İspaniya (7,457), İtaliya (5,210), Almaniya (4,332), Fransa (2,929), İran (2,206), Böyük Britaniya (1,452), İsveçrə (1,020) və Niderland (852) olub. Türkiyədə də koronavirusa yoluxma sürətlə artmaqdadır. Dünən bu ölkədə 561 şəxsdə virus aşkarlanıb ki, bununla da virus daşıyıcılarının sayı 2,433-ə çatıb. Onlardan 59-u dünyasını dəyişib.

Ötən gün ən çox ölüm isə İtaliya (683), İspaniya (656), Fransa (231), ABŞ (151), İran (143) və Niderlandda (80) baş verib.

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (7,503), İspaniya (3,647), Çin (3,281), İran (2,077), Fransa (1,331) və ABŞ-dır (931).

Koronavirusun ilk aşkarlandığı Çində isə vəziyyət düzəlməkdədir. Ötən sutka bu ölkədə cəmi 47 nəfərdə virus aşkarlanıb, 4 nəfər isə vəfat edib.

Ötən gün Azərbaycanda da 6 şəxsdə COVID-19 aşkarlanıb. Onlardan biri dünyasını dəyişib. Ümumilikdə bi günədək Azərbaycanda 93 şəxsdə koronavirus aşkarlanıb. Bu xəstələrdən 10-u sağalaraq evə buraxılıb, 2 nəfər isə vəfat edib. Hazırda xəstəxanalarda 81 aktiv virus daşıyıcısı müalicə alır ki, onlardan 6-nın vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,218) qeydə alınıb. İtaliya (74,386) ikinci, ABŞ (65,544) üçüncü, İspaniya (49,515) dördüncü, Almaniya (37,323) beşinci, İran (27,017) altıncı, Fransa (25,233) yeddinci, İsveçrə (10,897) səkkizinci, Böyük Britaniya (9,529) doqquzuncu, Cənubi Koreya isə (9,137) onuncu sırada qərarlaşıb.

Statistikadan göründüyü kimi, ABŞ başda olmaqla bir neçə Avropa nəhənglərində koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir. ABŞ-da vəziyyət o həddə çatıb ki, Prezident Donald Tramp Cənubi Koreyanın dövlət başçısı Mun Ce-indən ölkəsinə tibbi ləvazimatlar göndərilməsini istəyib. /Modern.az/
Koronavirusla bağlı SON STATİSTİKA – ABŞ-dan növbəti anti-rekord
Koronavirusla bağlı SON STATİSTİKA – ABŞ-dan növbəti anti-rekord
Koronavirusla bağlı SON STATİSTİKA – ABŞ-dan növbəti anti-rekord

Son xəbərlər

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Bütün xəbərlər