Bakıdakı şadlıq saraylarında basabas - İyun ayı üçün boş gün qalmayıb












Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. İki aydır ki, kiminsə evindən "Vağzalı” səsi eşidilmir. Mövcud durumdan isə ən çox zərər çəkən heç şübhəsiz ki, şadlıq saraylarıdır.

Maraqlıdır, indi şadlıq sarayları yay ayları üçün sifariş qəbul edirmi? İnsanlar necə, yaya toy planlaşdırırmı?

Qaynarinfo-nun xəbərinə görə, Modern.az-ın əməkdaşı bu suallarla Bakıda yerləşən şadlıq saraylarına müraciət edib.

"İmperial” şadlıq sarayından deyiblər ki, artıq iyun ayı üçün boş gün qalmayıb:

"Aprel-may ayının toyları təxirə salındığı üçün bütün mərasimləri növbəti aya keçirmişik. İyun ayının 1-dən 30-dək bütün günlər bron edilib. Aprel ayında 22 toy təxirə salındı. İyul ayı üçün də sifarişlər çoxdur, həmin ay üçün cəmi 7 gün boş qalıb”.

"Yeganə” şadlıq sarayından bildiriblər ki, camaata yalandan söz verməyin mənası yoxdur:

"Toy-nişan mərasimləri üçün müraciət daxil olur, amma biz qəbul etmirik. Çünki kiməsə yalandan söz verə bilmərik ki, iyun-iyul ayında mütləq toy mərasiminizi təşkil edəcəyik. İndi vəziyyət elədir ki, qərarsız qalmışıq”.

"Su Sonası” şadlıq sarayından deyiblər ki, həm müraciət edənlər tərəddüdlüdür həm də onlar:

"Müraciətlər olur, amma kiməsə dəqiq cavab verə bilmirik. Mart-aprel ayına toy etmək istəyənlər var idi ki, indi onlar həmin mərasimləri iyun-iyul ayına keçirmək istəyirlər. Amma bizə dəqiq vaxt deyə bilmirlər ki, hansı tarixləri istəyirlər. Çünki hamı narahatdır ki, vaxt təyin edər, toy mərasimi yenidən alınmayar”.

"Al Saray”da karantinin bitməsi ilə bağlı rəsmi qərarı gözləyirlər:

"Nə vaxt rəsmi qərar qəbul ediləcək ki, toy-nişan mərasimi keçirmək olar, onda sifariş qəbul edəcəyik. Düzdür, yay ayları üçün sifariş verənlər olur, biz də bunu qeyd edirik. Amma həmin adamlara da deyirik ki, əgər yay ayları üçün də qadağa tətbiq olunsa, məsələ bizlik deyil. Karantin rejimi iyun-iyul üçün də tətbiq olunsa, müştərilərə zəng edib toy-nişan tarixlərini yenidən təxirə salacağıq”.


"Arena” şadlıq sarayından deyiblər ki, müraciətlər daxil olur və onları qəbul edirlər:

"Daxil olan müraciətlər əsasən toy-nişan mərasimləri ilə bağlıdır. Hələ ki iyun ayı üçün sifarişləri qəbul edirik. Amma yeni qayda tətbiq olunsa ki, iyun ya da iyulda toy olmayacaq, onda mərasimlər təxirə salınacaq”.

"Çıraq Palas” şadlıq sarayında da hazırda durğunluqdur:

"Sifarişlər olur, amma əvvəlki qədər müraciət yoxdur. Demək olar ki, iyun-iyul ayı üçün eyni sayda toy-nişan sifarişi almışıq”.

"Badi-Səba” şadlıq sarayından deyiblər ki, sifarişlər olur, amma gənclər toy mərasimləri təxirə salınar deyə, çox gərgindir:

"Aprel-may ayının toyları təxirə salındığı üçün daha çox müraciət iyun ayınadır. Bütün saraylar kimi biz də sifarişləri qəbul edirik. Əsasən böyük toy mərasimləri üçün müraciətlər olur, amma kiçik toy və nişan mərasimi etmək istəyənlər də var. Bizə müraciət edən gənclərin çoxu gərgindir ki, yenə planları alt-üst olacaq”.


"Venera” şadlıq sarayında aprel ayı üçün nəzərdə tutulan 15 toy mərasimi təxirə salınıb:

"Sifarişləri qəbul edirik, amma bilmirik ki, Nazirlər Kabineti nə qərar verəcək. Toy üçün müraciət edən gənclər var. Ancaq əvəlcədən beh verməyə ehtiyat edirlər. Əgər konkret qərar olsaydı, biz də camaata dəqiq söz deyərdik”.

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər