hadise
7.05.2020
Sumqayıtda kişi özünü yeddinci mərtəbədən atdı

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
dogruxeber.tv bildirir ki, APA-nın məlumatına görə, hadisə 13-cü mikrorayonda baş verib.
Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı binanın yeddinci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


