Bakıda bakirə qızın “hamilə çıxarılması” iddiası ilə bağlı AÇIQLAMA - YENİLƏNİB













“Ötən gün sosial mediada “Bakıda özəl klinikada bakirə qızı “hamilə” çıxardılar” sərlövhəsi ilə yayımlanan və böyük səs-küyə səbəb olan yazıya aydınlıq gətirmək məqsədilə “Avrasiya Hospital”a müraciət etdik.

dogruxeber.tv bildirir ki, Hospitaldan Oxu.Az-a bildiriblər ki, 8 iyun 2020-ci ildə, 19:40 radələrində 1993-cü il təvəllüdlü xanım pasiyent müraciət edərək, çanaq boşluğu MRT müayinəsindən keçirilib.

“Radioloji görüntülər hospitalın həkim mütəxəssisləri tərəfindən dəyərləndirilib və rəy-nəticə hazırlanıb. Nəticədə, həmçinin, müayinə zamanı aşkar edilmiş heterogen strukturlu kütləni differensasiya etmək üçün müalicə həkiminə tövsiyələr qeyd olunub.

MRT müayinəsinin cavabında pasiyentdə sol yumurtalıq lojasında içi qan sızmalı törəmə qeyd olunub və pasiyentə “ekstrauterin hamiləlik” diaqnozu qoyulub (Ekstrauterin hamiləlik dedikdə, həmçinin, yumurtalıqda və digər orqanlarda baş verən hamiləlik nəzərdə tutulur. Bunu da dəqiqləşdirmək üçün qanda hamiləliyi təyin edən analiz məsləhət görülüb. Nəzərə alsaq ki, yumurtalıq və boru bitişik orqandır.
Yumurtalıqda olan kistanın partlaması və pozulmuş hamiləlik görüntüsü bənzər olduğundan, xəstədən toplanan məlumatlara əsasən, (heç də bakirə olmayıb, əvvələr evli olub) xəstəyə diaqnozu dəqiqləşdirmək üçün laborator müayinə məsləhət görülüb”, - hospitaldan qeyd edilib.
10 iyun, 18:00
Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.
Bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib.
O bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla özəl klinikaya gedərək, orada USM müayinəsindən keçib. Lakin ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.
Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:
“Klinikanın həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.
Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.
Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.
Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu qoydular. Kağızda “extrogen hamiləlik” yazılmışdı və sual işarəsi qoyulmuşdu. Bunun nə olduğunu soruşdum, dedilər, gedin, test edin, analiz verin.
Dəfələrlə həkimə dedim ki, bu, ola bilməz. Necə hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.
Təsəvvür edin həmin an nişanlımın vəziyyətini.
Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. Orada bir sutkaya 350 manat ödəmişdim, onu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.
Nəticədə, digər klinikada yenidən USM müayinə olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:
“Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. O kist partlayardı, qanama güclənərdi... Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm”.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər