Hamiləlik zamanı bu xəstəliyiniz varsa... - Baş mama-ginekoloq AÇIQLADI







"Respublikada ağırlaşmış hamiləliklərin sayında ildən-ilə azalma qeydə alınır. Respublika Perinatal Mərkəzinə son bir ildə 7 belə xəstə müraciət edib”.

Bu sözləri Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.

S.Məmmədova bildirib ki, bu ilin üç ayında da Perinatal Mərkəzə ağırlaşmış formada daxil olan hamilələrə göstərilən tibbi müayinələr nəticəsində bu problemdə nisbətən azalma qeydə alınıb:

"Bu xəstələr əsasən üçüncü profilli xəstəxanalara daxil olur. Bu xəstələrin hər birinin vəziyyəti təhlil olunur”.

S.Məmmədova qeyd edib ki, hamiləlik zamanı ağırlaşmalar xanımların xəstəliklərini gizlətmələri səbəbindən baş verir:

"Qadınlar hamiləlik zamanı əsas xəstəlikləri barədə məlumatları mama-ginekoloqlara vermirlər. Doğuşa az qalanda stasionara ağır vəziyyətdə daxil olurlar. Onlar vaxtında müraciət etsəydi, göstərilən xidmət daha yaxşı olardı. Bundan başqa, hamilə qadının yaşı nə qədər çoxdursa, bu ağırlaşmalar daha çox olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşla əlaqədar qadının orqanizmində xroniki xəstəliklərin sayı artır. Xroniki xəstəliyi olan 25 yaşından sonra hamilə qalan qadınlar bu prosesi daha ağır keçirir. Respublikada ağırlaşmalara əsasən anemiyalar, böyrək, ürək xəstəlikləri səbəb olur. Bu zaman biz digər dar ixtisas həkimləri ilə birlikdə xəstəni müayinə edirik. Kliniki protokollarda bu xəstəliklər xəstəni risk qrupuna daxil etmə meyarı kimi qiymətləndirilir. Bəzən bu xəstəliklər hamiləlik zamanı ölümə də səbəb olur”./publika.az

Oxunub: 1 227

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər