dunya
18.06.2020, 10:24
BMT Baş Assambleyasının 75-ci sessiyasına türkiyəli diplomat sədr seçildi

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Türkiyə nümayəndəsi Volkan Bozkır olacaq.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Türkiyəli deputat sədr seçilmək üçün lazım olan səs çoxluğunu toplaya bilib.
Xatırladaq ki, Volkan Bozkır 1972-ci ildən diplomat kimi fəaliyyət göstərir. 2011-ci ildən Türkiyə parlamentinin üzvüdür.


