Nurməhəmmədovun atası koronavirusdan sağaldı

UFC-nin yüngül çəki dərəcəsində çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun
atası Əbdülmanaf Nurməhəmmədov koronavirusdan sağalıb.
dogruxeber.tv-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə idmançının məşqçisi Xavyer Mendes bildirib.
Onun sözlərinə əsasən, Nurməhəmmədovun atasının vəziyyəti yaxşılaşıb və o, artıq "COVID-19" xəstəsi deyil.
"Əvvəllər keçirdiyi ürək əməliyyatı nəticəsində vəziyyəti pisləşmişdi", - deyə Mendes əlavə edib.
Mayın 19-da idmançının atasının yenidən komaya düşdüyü barədə məlumat yayılmışdı. O, rahat nəfəs ala bilmirdi və qanı oksigenlə təmin etmək üçün xüsusi aparata qoşuımuşdu.
Xatırladaq ki, Əbdülmanaf Nurməhəmmədov aprelin 25-də sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin pisləşdiyi üçün o, Moskvaya aparılıb.


