dunya
9.07.2020, 17:59
Vuçiç çağırış etdi: Etirazları xarici kəşfiyyat təşkil edib

Serbiya Prezidenti Aleksandr Vuçiç son sutka ərzində ikinci dəfə əhaliyə müraciət edib.
dogruxeber.tv bildirir ki, Vuçiç ölkədə baş verən kütləvi iğtişaşların arxasında sağ radikal ekstremistlərin dayandığını bildirib.
İğtişaşların siyasi hədəflərinin olduğunu deyən Vuçiç, baş verənləri ən sərt siyasi güc tətbiqi adlandırıb. Serb lider ölkədəki iğtişaşları xarici xüsusi xidmət orqanlarının təşkil etdiyini xüsusi vurğulayıb.
Vuçiç həmçinin etiraz aksiyalarında keçmiş Yuqoslaviya ölkələrindən olan kriminal elementlərin də iştirak etdiyini bildirib.
(Aqreqrator.az)


