“Həmsədr ölkələr Ermənistanın təxribatını qınamalıdırlar!” - Deputat










Ermənistan ordusu dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və erməni ordusu itki verərək geri otuzdurulub. Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

dogruxeber.tv Yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət sərhəddində baş verən gərginliyi növbəti erməni təcavüzü kimi şərh edən millət vəkili Tamam Cəfərova "Sherg.az"a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırıb.

Deputat sərhəddə baş verən təxribatın əsas səbəbini həmsədrlərin fəaliyyətsizliyi, öz vəzifələrinin öhdəsindən gələ bilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məhz həmsədrlərin işğalçını indiyə kimi öz adıyla adlandırmaması, onun mövqeyini tənqid etməkdən, ona təzyiq göstərməkdən çəkinməsi, işğalçının beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə adekvat cavab verilməməsi və Ermənistanın təxribatçı davranışlarına seyrçi mövqedə qalması işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradıb:

"Əslində, məhz bu təxribatçı addımlarla bağlı Ermənistana vaxtında xəbərdarlıq olunmalı, işğalçı bu təxribatına görə cavabdehlik daşıdığını dərk etməli idi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, faktiki olaraq danışıqlar prosesi getmir, vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gələ bilmir. Hazırkı dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir".

Tamam Cəfərova hesab edir ki, cənab Prezidentin “heç kimin Aprel döyüşləri yadından çıxmasın!” bəyanatı işğalçı Ermənisatana və fəaliyyətsiz beynəlxalq dairələrə ciddi mesaj sayılmalıdır:

"ATƏT-in Minsk Qrupu həmsədrləri ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar verməli, işğalçı Ermənistanın təxribatlarının qarşısını almalı, danışıqlar prosesini konstruktiv məcraya yönəltməlidir. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsində nəzərdə tutulan hüququna əsaslanaraq torpaqlarını hərb yolu ilə işğaldan azad edəcək.

Dünən Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumunun cavab atəşilə qarşısının alınması Azərbaycan Ordusunun gücünü bir daha göstərdi".

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər