Tahir Mirkişili: “Hökumətin acizliyi Ermənistanı təxribatlara vadar edir”












“Ağır iqtisadi-sosial vəziyyət, daxildə ciddi siyasi uğursuzluq, pandemiyanın böyük təsiri və hökumətin acizliyi Ermənistanı belə təxribatlara vadar edir”.

dogruxeber.tv bildirir ki, bunu Oxu.Az-a açıqlamasında deputat Tahir Mirkişili iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı danışarkən deyib.

T.Mirkişilinin sözlərinə görə, Ermənistanın təxribatı mütəmadi xarakter daşıyır:“Xüsusilə son zamanlar dövlət sərhədimizdə belə təxribatların sayının artması onların məkrli planlarının bir hissəsidir. Ağır iqtisadi durum, daxildə ciddi siyasi uğursuzluq, əhalinin ağır sosial durumu, pandemiyanın böyük təsiri və hökumətin acizliyi Ermənistanda pik həddə çatmaqdadır.

İctimai-siyasi vəziyyəti dəyişdirmək üçün Ermənistan hər zaman bu üsuldan istifadə edir. Lakin hər zaman da layiqli cavabını alır. 2016-cı ilin Aprel döyüşlərindən sonra Qarabağ cəbhəsində belə təxribatlardan qorxduqları üçün (bunun nə ilə nəticələnəcəyini çox yaxşı anlayırlar) son zamanlar cəbhə xəttində deyil, Ermənistan - Azərbaycan dövlət sərhəddində təxribatlara cəhd etməklə, öz məntiqləri ilə hadisələrə beynəlxalq təşkilatları cəlb etmək istəyirlər.

Amma bu dəfə də düşmənin layiqli cavabı verildi. BMT nizamnaməsini rəhbər tutan Azərbaycan ordusu özünümüdafiə məqsədilə düşmənin dayaq nöqtələrini darmadağın etdi”.

Millət vəkili onu da əlavə edib ki, Ermənistan rəhbərliyi bu cür saxta addımlardan əl çəkməlidir:

“Ermənistan insanların həyatlarını itirməsinə səbəb olan təxribat xarakterli addımlarından əl çəkməlidir. Hər dəfə erməni əsgərlərinin məhv edilməsindən dərs almadan yenidən belə bir təxribatlara əl atılması erməni siyasətinin mərkəzində saxta illuziyaların möhkəm yer aldığını bir daha göstərir.

Bu illuziyaların dağılması üçün ən effektiv üsul Azərbaycan əsgərini gücü və onun silahıdır. Biz bu gücü hər zaman onlara göstərəcəyik. Bizim daxili inancımızın qarşısında heç bir düşmən tab gətirə bilməyəcək. Regionda ədalətin bərpa olunması region xalqlarının inkişafı üçün yeganə çıxış yoludur”.

Son xəbərlər

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Bütün xəbərlər