gundem / sosial
16.07.2020, 14:08
Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.
dogruxeber.tv Yenisabah.az-a istinadən bildirir ki, Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır:
“Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.


