hadise
16.07.2020
İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb.
dogruxeber.tv-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb.
"Peyğəmbərimizi təhqir edən alçaq saxlanılıb", - deyə daxili işlər naziri Süleyman Söylü bildirib.
Şaxlanılan şəxs "əhalinin bir hissəsində nifrət və düşmənçilik yaratmaqda" ittiham olunur.


