dunya
4.08.2020, 11:58
Tramp “TikTok”a vaxt qoydu - Yoxsa bağlanacaq

Donald Tramp sentyabrın 15-nə qədər “TikTok” tətbiqini satmağı tələb edib.
dogruxeber.tv “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti bu fikrini Ağ Evdə jurnalistlərlə keçirdiyi görüşdə dilə gətirib.
O qeyd edib ki, “Microsoft” və ya başqa iri şirkət “TikTok”u almazsa, məşhur sosial şəbəkə sentyabrın 15-də ABŞ istifadəçiləri üçün bağlanacaq.
Qeyd edək ki, ABŞ hakimiyyəti “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində bloklanması məsələsini nəzərdən keçirir.


