sosial
8.08.2020
Azərbaycan XİN başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
dogruxeber.tv bildirir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında məlumat verilib.“Kerala ştatında təyyarə qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. Yaralıların tez bir zamanda sağalmalarını arzulayırıq”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, ötən gün Hindistanın Karipur şəhərində “Air India” aviaşirkətinə məxsus təyyarənin sərt eniş etməsi nəticəsində 20 nəfər ölüb, 140-dan çox sərnişin xəsarət alıb.
(Qafqazinfo.az)


