sosial
15.08.2020
“Aşura” günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

“Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, “Aşura” günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik”.
dogruxeber.tv Oxu.az-ın məlumatına əsasən bildirir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, qaydalara ciddi şəkildə riayət ediləcəyi gözlənilir.


