Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO













Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.Karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Katex kəndi ərazisində növbəti reyd keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, Polis Şöbəsinin rəisi Mehman Əliyevin və digər idarə və təşkilatların rəhbərlərinin iştirak etdiyi reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl olunması, ictimai nəqliyyatda tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb. Həmçinin, xüsusi karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, istirahət məqsədilə rayona gələn şəxslərin aşkar olunması istiqamətində tədbirlər davam etdirilib. Qaydaları pozanlar barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO

Son xəbərlər

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bütün xəbərlər