Anar Məmmədov:Azərbaycan ilə Türkiyə arasında olan səmimi və dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir






Azərbaycan ilə Türkiyə arasında olan səmimi və dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.
Azərbaycan həmişə Türkiyə Cümhuriyyətini dəstəkləmiş və ikitərəfli əlaqələrin daha da inkişafında maraqlı olmuş, rəsmi Ankaranın hər bir addımının yanında olduğunu bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən bir daha açıq mövqe nümayiş etdirərək, xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu, əzm və iradə nümayiş etdirdi.
Cənab prezidentin bəyan etdiyi kimi, Azərbaycan Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir. Əlbəttə ki, bu mövqe Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın daha bir nümunəsi idi. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına da sərt cavab verərək onu məyus etmişdi. Ölkə başçısı həmçinin Yunanıstan, Kipr və Ermənistanın birlikdə üçtərəfli format yaradaraq fəaliyyət göstərməsi, eyni zamanda Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın davam etdirilməsinin Azərbaycan üçün ciddi narahatlıq doğurduğunu bildirərək bütün bu məsələlərlə bağlı Yunanıstan tərəfinə açıq şəkildə ölkəmizin haqlı mövqeyini çatdırmış oldu.

Təbii ki, belə bir mövqe Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından və göründüyü kimi bu əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Çünki hər iki ölkə arasında olan qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi və güclənməsi üçün tərəflərin güclü iradəsi və istəyi var.
(Yenigundem.az)

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayın birində at əti aşkarlandı

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…

Dünya bazarında neftin qiyməti niyə düşür?

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."

Nazir Vilayət Eyvazov vətəndaşların müracitlərini həll etdi

Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL

Misir Mərdanovdan Emin Əmrullayevə sətiraltı cavab - “Təhsil haqqında” Qanun var

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Paşinyan paradda iştirak etməyəcək

Balakən kanat yolunun inşasına başlanılıb- VİDEO

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir –Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır -Xəzər rayonunda qanunsuz tikinti/FOTOLAR

Neftimiz bu gün də ucuzlaşdı

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi - FOTO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib | Ölən və yaralananlar var

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Ucarda torpaqları kim zəbt edir?

Yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

DİN: Ötən gün axtarışda olan 125 nəfər saxlanılıb

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Gəncədə “Kuki kids” uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi…

Əhməd Gözəl Azərbaycandan getdi – “Azərsun”da şok dəyişikliklər

Biləsuvarda iki gənc bıçaqlandı

Qızıl və gümüş bahalaşdı

Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI

İran çağırış edib

Bütün xəbərlər