hadise
5.09.2020
DƏHŞƏTLİ QƏTL - Qızı anasının boğazını kəsdi, atası isə...

Türkiyəli professor Dr. Semih Aydıntuğ yaşadığı evin eyvanından insanlara atəş açıb.
dogruxeber.tv Sonxeber.az-a istinadən xəbər verir ki, məşhur cərrah Prof. Dr. Semih Aydıntuğ, ötən axşam saat 23.00 radələrində Ankaranın Çankaya şəhərindəki evinin eyvanından silahla atəş etməyə başlayıb.
Aydıntuğ hadisə yerinə gələn polis qruplarına belə atəş etməyə davam edib. Polisin "təslim ol" çağırışına cavab olaraq atəş açmağa davam edən professor polis maşınlarını gülləyə tutub.
Bundan sonra hadisə yerinə xüsusi əməliyyat polis qrupları da çağırılıb. Ətrafda geniş təhlükəsizlik tədbirləri alınıb, professorun yerləşdiyi mənzildəki evlər boşaldılıb və orada yaşayan insanlar təhlükəsiz ərazilərə aparılıb.


