hadise / dunya
11.09.2020, 12:44
Pələng sübh saat beşdə gəzintiyə çıxan uşağı PARÇALADI - FOTO
![]()
Hindistanın Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı Kapsi kəndində pələng uşağı parçalayıb.
dogruxeber.tv bildirir ki, bu barədə "Nagpur Today" yazır.
Hadisə sentyabrın 9-da, sübh saat 5 radələrində, 10 yaşlı Sanskar Satiş Burle gəzintiyə çıxarkən baş verib. Kolların arasından hücum çəkən pələng uşağı meşəyə sürüyərək parçalayıb.
Uşağın valideynləri digər kənd sakinləri ilə birlikdə uzun axtarışlardan sonra oğlanın parçalanmış meyitini meşədən tapıblar.


