AMEA-nın saytının baş redaktoru işdən çıxdı












Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

dogruxeber.tv Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə N.Qəhrəmanova "Facebook" səhifəsində yazıb:
"Mənim dəyərli dostlarım, Azərbaycanın ilk veb-portalı olan science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim.

AMEA-dan, mətbuatdan söz açılanda "Mən" yada düşdüm, science.az-ın simasına çevrildim... Çünki mən science.az-da sadəcə jurnalist kimi çalışmadım, bu sayta az qala bütün həyatımı sərf etdim.

Saytın hər səhifəsində illərimin zəhməti, əziyyəti dayanır. Bəlkə də, ona görə science.az-ın bundan sonrakı taleyinin necə olmasından asılı olmayaraq, bu sayt da, kollektiv də mənə hər zaman doğma olaraq qalacaq.

“Facebook” səhifəmdə AMEA-da tanış olduğum, sonra isə səmimi dostuma çevrilən hər bir kəsə bildirmək istəyirəm ki, mən heç yerə getmirəm, yenə də Akademiyada, sizinlə birgə olacağam. Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi kimi davam etdirəcəm.

Hər zaman yeniliyə, dəyişikliklərə can atan biri kimi bu işimdə də uğur qazanacağıma, mənə olan etimadı doğruldacağıma inanıram.

Dayanmaq mənə xas olan xüsusiyyət deyil! Odur ki, Nara, hər zaman irəli!"

Son xəbərlər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Bütün xəbərlər