sou
24.09.2020, 12:35
"Bütün şəkillərdə burnumu fotoşopla düzəldirdim" - Günel

Müğənni Günel Zeynalova bir neçə gün əvvəl burnundan ikinci dəfə plastik əməliyyat olunub.
dogruxeber.tv bildirir ki, sənətçi İnstaqramda ünvanına yazılan tənqidlərə cavab verib. O bildirib ki, estetik əməliyyat etdirməsinə səbəb problemlər olub:
"Nəfəs ala bilmirdim, burnum çökdü. Hər dəfə şəkillərdə burnumu fotoşopla düzəltməkdən yoruldum. Gördüyünüz bütün fotolarda burnumu düzəldirdim. Görünüş bir yana, burnum sağlamlığıma təsir edirdi. Nəfəs alıb-verə bilmirdim və oxumağıma təsir edirdi".
(Axsam.az)


