gundem / sosial
30.09.2020
Təhsil naziri: "Ermənilər 9 məktəbə ciddi ziyan vurub"

"Son günlər ərzində ermənilərin təcavüzkar siyasi nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir".
dogruxeber.tv bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, ağır artilleriyadan atılan atəşlər nəticəsində 9 məktəbə ciddi ziyan dəyib:
"İki şagirdimiz həlak olub, bir müəllimimiz yaralanıb. Biz nikbinik və əminik ki, orudumuz qısa müddətdə torpaqlarımızı azad edəcək və orada tədris bərpa ediləcək".
(Sonxeber.az)


