Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY



Göyçayın Çayarxı kəndində yaşayan Sevinc Hümbətovanın evi qəzalıdır. Deyir, 2 övladı və ürək xəstəsi olan həyat yoldaşı ilə birgə 7 ildir qəzalı vəziyyətdə olan evdə yaşayır.

dogruxeber.tv-in DİA.AZ-a istinadla məlumatına görə, o, evlərinin təbii fəlakətdən qəzalı duruma düşdüyünü bildirir. Əlavə edir ki, dövlət yardım etməli olduğu halda, aidiyyatı qurumlar şikayətinə məhəl qoymur:

“2013-cü ildə dəfələrlə yağan dolu evimizin üstünü, təsərrüfatımızı pis günə qoydu. Ölmədik, birtəhər dolandıq, amma qızalı duruma düşən tavanımızı təmir etməyə imkanımız çatmadı. Nəticədə 7 ildir ki, tavanı daman, damı deşik-deşik olan evdə yaşayırıq”.

Sevinc Hümbətova deyir ki, dövlətdən çox şey tələb etmir. Sadəcə haqqı olanı istəyir: “Təbii fəlakət zamanı dəyən zərəri dövlət ödəyir. Mən yalan danışmıram, gəlib dəfələrlə baxıblar, özləri də bilir. Evimin tavanı qəzalıdır. Demirəm ki, mənə ev tikib verin. Təkcə tavanını düzəldin, bəsimizdir. Bir dəfə usta gəldi. Ölçdü-biçdi, dedi, “2000 manata yaxın pul tutacaq”. O pulu verməyə bizim gücümüz çatmır. İcra hakimiyyətinin də gücü çatmır? O qədər böyük məbləğ deyil axı“.

Şikayətçi əlavə edir ki, bir dəfə ona evinin tavanını təmir etmək üçün material veriblər. Ancaq həmin material tavandakı bütün deşikləri tutmağa bəs etməyib: “Bəs etmədi. Yenə yağışda-qarda evin içinə su damır. Əlimdən gələn tavana vedrə-vanna, qab-qacaq düzməkdir. 2013-cü ildən bu yana Göyçayda bir neçə dəfə icra başçısı dəyişib. Mən hamısının qəbulunda olmuşam. Heç biri də kömək etməyib. Anlamıram, Prezident bu insanları həmin vəzifəyə niyə təyin edir? Xalqa xidmət etmək üçün edirsə, bəs niyə kömək etmirlər? 2 min manat nədir ki, mən ondan ötrü 50 dəfə icra hakimiyyətinə getmişəm, bütün aidiyyatı qurumlara məktub yazmışam. Hələ də özüm deyib, özüm eşidirəm”.

Sevinc Hümbətova aidiyyatı qurumlara yazdığı şikayət məktublarının say-hesabını da itirib. Göyçay Rayon İcra Hakimiyyətinə, əvvəlki Ombudsman Elmira Süleymanovaya, indiki Ombudsman Sevinc Həsəynovaya – hamıya məktub göndərib. Deyir: “Baxan yoxdur. Heç soruşmurlar ki, vətəndaş, dərdin nədir?”

Sevinc Hümbətovanın böyük oğlu gələn il hərbi xidmətə yollanacaq. Deyir, oğlu vətənə xidmətə gedəcək, amma bu gün yağış yağanda yatağına su damır: “Onun böyüdüyü evə, yaşadığı şəraitə baxın. Vallah, imkanım olsa, özüm edərəm. Yoxdur. Özüm süpürgəçi işləyirəm, oğlum marketdə paketçidir. Yoldaşım isə ürək xəstəsidir, işləmir. Mənim tavanı təmir etdirmək üçün heç 100 manatım da yoxdur, qaldı, 2000 manat ola. Belə olan halda nə edim, bilmirəm”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər