dunya
18.11.2020
Ermənistan ordusunun generalı istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-mayor Movses Akopyan istefa verib.
dogruxeber.tv Modern.az-a istinadən xəbər verir ki, o, şəxsi istəyi ilə istefa verib.Movses Akopyan Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryanın doğma dayısıdır. O uzun illər qondarma Qarabağ rejiminin "müdafiə naziri" çalışıb.


