dunya / sou
19.11.2020, 16:43
Hollivud ulduzu Texas qubernatorluğuna namizədliyini verə bilər

Amerikalı aktyor Metyu Makkonaxi gələcəkdə Texas qubernatoru olmaq üçün namizədlik verə biləcəyini istisna etməyib.
Bildirilir ki, Hollivud ulduzu hazırda siyasətə çürük bir şey kimi baxdığını desə də, gələcəkdə bu barədə düşünə biləcəyini əlavə edib. O, həmçinin, bu qərarın onun özündən deyil, Texas ştatının sakinlərindən asılı olduğunu vurğulayıb.
Qeyd edək ki, Texas merliyinə növbəti seçkilər 2022-ci ildə keçiriləcək.
Mənbə:“İzvestiya”


