Sakinlər şikayət etdi, iş yenə dayandırıldı - QALMAQAL














Xətai rayonu, Gəncə prospekti 2942A məhəlləsində tikintisi dayandırılan binanın kommunikasiya xətlərinin çəkilməsi üçün başladılan işlərin qarşısı alınıb.
Bunu Axar.az-a açıqlamasında Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib. O bildirib ki, vətəndaşların şikayəti əsasında ərazidə araşdırma başlayıb:
“Hansısa binanın tikilib-tikilməyəcəyi ilə bağlı icazə məsələsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətindədir. Bununla bağlı araşdırmanı aparan qurum onlardır. Xətai İH-nin tikintiyə icazə vermək səlahiyyəti yoxdur. Vətəndaşların şikayətiylə əlaqədər biz məsələni araşdırdıq. Həqiqətən də ərazidə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı hərəkətlənmə olmuşdu. Dərhal bunun qarşısı alındı. İndi ərazidə işlərin görülməsi dayandırılıb və məsələ nəzarətimizdədir”.
Məsələ ilə bağlı saytımız tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilib.
Qeyd edək ki, bu ilin əvvəlindən Xətai rayonu, Gəncə prospekti 2942A məhəlləsində kiçik ərazidə göydələn tikilməsi üçün işlər başladılmışdı. Ciddi sıxlıq yaşanan kiçik ərazidə prospektə birbaşa çıxışı olmayan növbəti göydələn tikintisinin həddən artıq ciddi problemlərə yol açacağı üçün sakinlərin etirazından sonra tikinti dayandırılsa və Xətai İH ərazidə kiçik park salınmasını vəd etsə də, ötən gündən yenidən tikintiyə cəhd edilmişdi.
Tikintini Qaya-İnşaat MTN aparır.

Son xəbərlər

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Bütün xəbərlər