“Uşaqları azərbaycanlıların qarşısına göndərirdilər ki…” – Erməni KİV-ləri yazır









Ermənistan KİV-ləri dünən İrəvanda keçirilən mitinq zamanı polislərin kobud davranışı və onların diqqət çəkən hərəkətləri haqqında yazıblar.
Erməni jurnalistlərinin diqqətini çəkən əsas amil mitinqlərin dinc şəkildə keçirilməsinə baxmayaraq, polis qüvvələrinin tam döyüş hazırlığı ilə meydana cəlb edilməsi olub. Onlar hətta fotokollaj hazırlayaraq erməni hərbçisi ilə Paşinyanı qoruyan polislərə verilən dəyərin müqayisəsini də aparıblar.

Erməni mediası bununla bağlı yazır: “Fotonun bir hissəsində dünən erməni polisinin İrəvanda dinc aksiya keçirən mülki şəxsləri necə həbs etməsi görünür. Onlar ikitərəfli zirehi olan xüsusi jiletlərdədirlər. İkinci fotoda isə silahlı qüvvələrimiz əks olunub. Yəni müharibə zamanı 5 əsgərimizin döyüş bölgəsindəki görüntüsüdür. Yalnız 5 əsgərdən birində dəmir dəbilqə var. Biz hələ zirehli jiletin gözə dəyməməsindən danışmırıq. Yüzlərlə fakt aşkarlandı ki, əsgərlərimiz məhz bu cür təminatın olmaması səbəbindən ağır qəlpə və güllə yaraları alaraq anındaca həyatlarını itirdilər. Başqa sözlə, hökumət minlərlə polisi təhlükə vəd etməyən etirazçılara qarşı yeni zirehli geyimlərlə təmin edə bilir, amma döyüşlərə qatılan əsgərləri bundan məhrum edib. Hansılar ki, hər saniyə onlar ölüm təhlükəsi ilə üz-üzə qalırdı. Heç polislər bu geyimlərini əsgərlərimizlə də paylaşmadılar”.

Məqalədə daha sonra maraqlı bir nümunə xatırladılıb:

“Eçmiədzindəki hərbi hissə komandiri olan Arsen Abqaryan buna bənzər biabırçılıqlar haqqında danışmışdı. O demişdi ki, general Andranik Makaryan 26 hərbi əməliyyata rəhbərlik edib və bilirdi ki, əsgərlərinin zirehli geyimləri yox idi. Amma bu əskiklik generalın hərbi əməliyyatlara davam etməsinə mane olmurdu. İtkin düşən əsgərlərdən birinin yaxını sual etdikdə ki, niyə hərbi hazırlıq keçmiş əsgərlərə əl qumbaraları vermirdiniz, komandirlər belə cavab vermişdilər: “Biz onlara ona görə əl qumbaraları vermirdik ki, birdən avtobusda qumbara ilə oynayarlar və digər hərbçilərə də xələl yetirə bilərdilər”. Beləcə, uşaqları azərbaycanlıların qarşısına göndərirdilər ki, biz 5 min itki verdik, əvəzində 35 min əsgəri qorumağı bacardıq desinlər…”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər