Türkiyənin ən böyük bankı olan "Ziraat Banka”sının Azərbaycandakı törəməsi – "Ziraat Bank Azerbaijan” ASC Qarabağda filial açmağa hazırlaşır. Bunu Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib. "Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq. Qarabağda filial açmaqla həm dövlət qurumlarının xətti ilə, həm də öz imkanlarımızla bu bölgədən olan sahibkarlara güzəştli kreditlər verməyi düşünürük”, – deyə o qeyd edib. Bankir həmçinin rəhbərliyində təmsil olunduğu "Caspian Energy Club”un Türkiyədə nümayəndəliyinin açıldığını da bildirib: "Bu nümayəndəlik vasitəsi ilə biz Qarabağa Türkiyə və digər Qara dəniz hövzəsi ölkələrindən investisiya cəlb edəcəyik”.

Bütövlükdə xarici bankların Azərbaycan bank sektoruna gəlməsinin vacib olduğunu qeyd edən millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, bu, ilk növbədə rəqabətin gücləndirilməsinə xidmət edir. Deputat bəyan edib ki, bu, uzun müddət müzakirə edilən kredit faizlərinin aşağı salınması, bankların yerli məhsullara təklif etməsi baxımından vacib hesab olunur:

"Çünki nəticədə imkan verir ki, banklar artıq rəqabət nəticəsində, eyni zamanda xaricilərin transfer etdiyi texnologiya səbəbindən yeni məhsullar və daha çox innovativ məhsullar təklif etsinlər. Bu da bank sektorunun inkişafı baxımından çox vacibdir. Bu baxımdan Türkiyənin aparıcı banklarından birinin Azərbaycanda filial açması ölkəmizin bank sektorunun inkişafı baxımından vacib hesab olunur. Bu, nəticə etibarilə həm də Türkiyə bank vasitəsilə yeni texnologiyanın Azərbaycana transferinə imkan verəcək.

Nə qədər çox banklar açılırsa, bu, yaxın gələcəkdə kredit faizlərinin aşağı düşməsinə də gətirib çıxara bilər. Vətəndaşlarımız daha aşağı faizli kreditlərə cəlb edə bilərlər. Eyni zamanda əmanətlərin yerləşdirilməsi zamanı, artıq daha inanılmış banklarda əmanətlərinin yerləşdirilməsi həyata keçirilə bilər".

Parlamentari düşünür ki, Türkiyə bankının Azərbaycanda filial açması Azərbaycanın bank sektorunun inkişafı baxımından vacibdir:

"Bu, nəticə etibarilə növbəti dövrlərdə banklarımızın inkişafına müsbət təsir göstərəcək".

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər