Son bir neçə gündür ki, ölkədə, xüsusən də paytaxt Bakıda intiharların sayının artdığı müşahidə olunur. İntihar xəbərlərindən belə məlum olur ki, son günlərdə əsasən də qadınlar son çıxış yolu kimi intiharı seçir. Bəs səbəb nədir - pandemiyanın fəsadları, sosial problemlər, ailədaxil münaqişələr, yoxsa digər problemlər?

Psixoloq Vəfa Rəşidova mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Əlbəttə ki, pandemiyanın fəsadlarını müşahidə edəcəyik, çünki bu xəstəlik gözlənilən deyildi. İnsanların xüsusiyyətləri, xarakterləri, hadisələrə yanaşmaları fərqli olduğu üçün əlbəttə ki, pandemiya ilə bağlı fəsadları da fərqli olacaq. Biz fəsadları hələ bundan sonra müşahidə edəcəyik. Məlum olduğu kimi, hansısa hadisə, neqativ hal baş verdikdə onun fəsadları o dəqiqə özünü göstərməyə bilir. Yalnız hadisədən və yaxud hansısa xəstəlikdə, sıxıntıdan, narahatlıqdan bir müddət ötdükdən sonra travma, depressiya özünü göstərməyə başlayır. Buna psixologiyada posttravmatik stress deyilir.

Posttravmatik stress ən dəhşətli hal sayıla bilir. Bəzən müşahidə edirik ki, hansısa pis bir hadisə baş verəndə və yaxud insan öhdəsindən gələ bilmədiyi hansısa sıxıntı, narahatlıq yaşayanda sükut nümayiş etdirir, sakit dayanır, yəni emosiyalarını bildirmir, qışqırmır, ağlamır, danışmır. Bu yaşadıqları postravmatik stress zamanı özünü daha fəsadlı şəkildə göstərməyə başlayır və insan intihara əl atır.

Ona görə də hər zaman tövsiyə edirik ki, insan hər hansı sıxıntı, narahatlıq yaşayanda mütləq şəkildə bunu daxilində saxlamamalı, ağlayaraq və yaxud yaşadıqlarını ətrafı ilə bölüşərək, emosiyalarını çıxartmalıdır. Çünki insan bilmir ki, poststress zamanı nə ilə qarşılaşacaq, yəni bunun fərqində olmur.

Məlum olduğu kimi, bir il ərzində insanlar pandemiya ucbatından çox böyük sarsıntı yaşadılar, eyni zamanda ailədaxili münasibətlərdə stresslər, gərginliklər, sıxıntılar müşahidə olundu. İnsanlar bu kritik dönəmi necə geridə qoyacaqlarını bilmədilər. Doğrudur, biz psixoloqlar bu məsələdə insanlara dəstək olmağa, maarifləndirmə aparmağa çalışdıq. Bunun müsbət tərəfləri oldu, kimlərsə az da olsa kritik dönəmi geridə qoya bildi".

Psixoloq qeyd etdi ki, intiharların artmasına səbəb təkcə pandemiyanın fəsadları deyil, eyni zamanda ailədaxili gərginliklər, anlaşılmazlıqlardır: "Yəni intiharları sırf pandemiya ilə bağlamaq doğru deyil. Ümumiyyətlə, əgər intihar halı varsa, demək ki, insan uzun zaman dərin depressiya yaşayıb. Vaxtında dərin depressiya korreksiya olunmadıqda çox zaman sonu intiharla nəticələnir. İntiharları araşdıran zaman məlum olur ki, çox zaman intihar edən şəxs depressiyadan əziyyət çəkirmiş, amma bunun üçün heç bir nəticə görmürmüş. Ona görə də nəticədə insan psixoloji immunitetini tamamilə itirir və çıxış yolu kimi intiharı seçir. İntihar çox dəhşətli bir haldır və deyərdim ki, bu hallarda daha çox ailədaxili münasibətlər mühüm rol oynayır. Yəni intiharlara səbəb olan situasiyalar fərdin özü və ailə üzvləri ilə bağlı olur. Ola bilir ki, insanın ailə üzvləri ilə münasibəti yaxşıdır, lakin daxilindəki problemi heç kimlə bölüşə bilmir. Bu cür hallar xüsusən yeniyetmələr arasında yaşanır. Bu səbəbdən hər zaman valideynlərə deyirik ki, valideynlər, xahiş edirik, övladlarınızla şiddətli danışmayın, onları dərslərdən aldıqları qiymətlərə görə dəyərləndirməyin, övladlarınızı özünə görə, fərd olaraq sevin, görsünlər ki, aldıqları 4-5 qiymətə görə deyil, var olduqlarına görə sevilirlər. Bəzən şagird imtahandan yaxşı qiymət almadıqda valideyn onun üzərinə gəlir. Bunu qətiyyən etmək olmaz. Həqiqətən bu bir çox hallarda fəsadlarlar müşahidə olunur və bütün ailə yaşananlardan böyük peşmançılıq çəkir. İntihar bəzi hallarda özünü cəzalandırmaq deməkdir. Yəni kimsə özünü o qədər günühakar bilir ki, sonra özünü cəzalandırıb, intihar edir. Araşdıranda məlum olur ki, həmin insan intihara qədər şiddətli basqı altında yaşayıb, daim tənqid olunub və sairə. Ona görə də bir daha qeyd edirəm ki, ailədaxili münasibətlərdə diqqətli olmaq lazımdır. Ailədə heç zaman "körpüləri” yandırmaq, bir-birini təhqir etmək olmaz. Bəzi insanlar buna tab gətirə bilmir. Bütün bunların yaşanmaması üçün bir-birimizə qarşı diqqətli olmalı, sevgimizi bildirməliyik. Vacib deyil ki, hər kəsi sevək, lakin bir-birimizə hörmətlə yanaşmalıyıq".
"Yeni Müsavat”

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər