Dumanın deputatından araqarışdıran sözlər - Zatulinin zatıqırıqlığı








“Rusiya rəsmi olaraq Dağlıq Qarabağa 5 il müddətinə gəlib. Amma mən əslində həmişəlik gəldiyini düşünürəm”. Ermənistan mediasının yaydığı məlumata görə, bunu martın 3-də video-körpü zamanı Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsinin üzvü, ermənipərəst deputat Konstantin Zatulin bildirib. Duma üzvü hazırda Qarabağda 2 min rus sülhməramlısının olduğunu da xatırladıb.

“İnanıram ki, bəlkə də bir müddət sonra vəziyyət indiki kimi inkişaf etdiyi təqdirdə Sünikdəki Rusiya hərbi qrupunun gücləndirilməsindən danışmalıyıq. Mənə elə gəlir ki, bunu ermənilərin Ermənistandan qaçmaması üçün vəziyyət tələb edir. Biz düşünürük ki, ermənilərin tarixi torpaqlarında yaşamaq üçün qalması vacibdir” - deyə, Ermənistan-Rusiya “Lazarev” klubunun yaradıcısı olan rusiyalı deputat vurğulayıb.

Hər kəsə Zatulinin kim olduğu məlumdur, daima ermənipərəst və antitürk mövqeyi ilə seçilib. Amma məsələ ondadır ki, Azərbaycanda da bəziləri bu cür iddialar irəli sürürlər. Bu da təəssüf doğurmaya bilmir. Eyni zamanda ermənilərin qaçmaması üçün Azərbaycanla sərhəddə Rusiyanın möhkəmlənməsi və rus əsgərinin Qarabağda daima qalması barədə bəzilərinin iddiaları narahatlıq da doğurur. Bir sözlə, “milçək bir şey deyil, amma könül bulandırır”...

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bunları dedi: “Əslində Konstantin Zatulin kimilər həm rus, həm də erməni xalqlarının ən böyük düşmənləridir. Çünki belə xəstə, anormal düşüncəsi olan adamlar mövcud olduqca, həm Rusiyanın, həm də Ermənistanın sivil, insan amilinin ön planda dayandığı, qanunların aliliyinin təmin olunduğu, aqressiyanın, saxta vətənpərvərliyin hökm sürmədiyi bir ölkəyə çevrilmələri çətin olacaq. Ermənilərin Ermənistanda qalması üçün bu ölkəni iqtisadi cəhətdən inkişaf etmiş, qonşularla sülh şəraitində yaşayan, siyasi avantüraların platsdarmı və regional, subregional təzyiq aləti funksiyasını yerinə yetirməyən bir dövlətə çevirmək lazımdır. Əks halda, erməniləri yalnız bir yolla Ermənistanda saxlamaq mümkün olacaq - girov kimi. Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə möhkəmlənməsi Ermənistan adlı ərazinin təhlükəsizliyinə təminat verə bilər, amma ermənilərə yaxşı həyat vəd edə bilməz. SSRİ-nin süqutundan sonrakı zaman kəsiyi də bunu sübuta yetirir. Ermənistan 29 743 kv. kilometrlik girov düşərgəsidir və Rusiyanın bu ölkədəki mövcudluğu gücləndikcə, bu reallıq daha kəskin xarakter alacaq. Rusiya hazırda ərazisinə görə dünyanın ən böyük dövlətidir, iki qitəni az qala ağuşuna alıb. Təbii ehtiyatlarına görə də on sırada dayanır və... ancaq xammal satmaqla məşğuldur, bir də keyfiyyəti ciddi şübhə doğurmağa başlayan silah. Vəssalam. Bu qədər nəhəng ərazinin, təbii resursların sahibi olan bir dövlət iqtisadiyyatının rəqabətə davamlılığına görə dünyada 50-ci yerdədir. Heç bir təbii resursu olmayan Yunanıstanla eyni cərgədə... Bu faciədir”.

E.Mirzəbəyli fikirlərini bu cür davam etdirdi: “Zatulin öz ölkəsini sevirsə, onun yeni torpaqlar qamarlaması, daha geniş ərazilərə nəzarət etməsi haqqında düşünməməlidir. Rusiyanın mövcud əraziləri üzərində yaşayan insanların xoşbəxtliyinin təmin edilməsi üçün nə etmək lazımdır sualına cavab tapmalıdır. Sual olunmur, təminən 17 milyon kv. kilometrlik ərazisi olan bir ölkənin neçə kv. kilometrində insanlar xoşbəxt və azad yaşayırlar? 50, ya 100? Bəlkə də bir neçə min... Bu ərazilər də oliqarxların payına düşür. Əslində heç onlar da xoşbəxt və azad deyillər. 70 ildən artıq indikindən daha böyük bir ərazini istismar edən, müxtəlif xalqların düşünən beyinlərini assimilə edib özü üçün çalışdıran, mədəniyyətlərini mənimsəyən bir ölkə ortalığa orta səviyyəli bir nəqliyyat vasitəsi belə çıxara bilməyib. 150 milyonluq bir ölkə, Allahın bir smartfonunu, kompüterini istehsal edə bilmir. Dünya dəyişir. Bir zamanlar dünyanı təhdid altında saxlayan silahlar indi nəhəng metal parçalarından başqa bir şey deyillər. Maraqlıdır, görəsən, Rusiyanın istehsal etdiyi bir tankın, yaxud raketin metalından neçə ədəd PUA istehsal etmək olar? Zatulinin yekə qafasındakı bir ovuc beyni cəfəngiyyatla məşğul omaqdansa, bu suallara cavab tapsa daha yaxşı olar. O ki qaldı Rusiya hərbçilərinin Qarabağdakı əbədi mövcudluğuna, sülhməramlıların Azərbaycan ərazisindən getməsi 10 noyabr bəyanatında nəzərdə tutulduğundan da tez baş verə bilər. Çox arzu edərdim ki, Zatulin bu günü görə bilsin. Amma təəssüf ki, mən belə fövqəlgücə sahib deyiləm. Zatulin və Rusiya da həmçinin...”
“Yeni Müsavat”

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər