Sabunçu icra başçısından qazi və şəhid ailələrinə saymazlıq – ŞİKAYƏT







dogruxeber.tv xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qazilərə və şəhid ailələrinə hörmətsizlik edir.

Bu sözləri Bizim.Media-ya açıqlamasında qazi Rey Kərimoğlu söyləyib.

“Şəhid ailəsi var ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramına qoşulub. Onlara müəyyən avadanlıqlar da verilib. Di gəl ki, icra hakimiyyəti onlara 2 metrlik yer ayırmır ki, işlərini qursunlar.

Qarabağ Qazilər İctimai Birliyi var, onlara bina vermirlər. Hansı problemlə müraciət edirlər, onları saymırlar. İllərdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu təbəqədən olan insanlara hörmətsizlik və saymamazlıq edir”.

Bizim.Media olaraq həmin şikayətçilərdən bir neçəsi ilə əlaqə saxladıq.

Sabunçu rayonu üzrə Qarabağ Qazilər İctimai Birliyinin sədri Sadiq Quliyev söylədi ki, onların fəaliyyət göstərməyi üçün inzibat binaları yoxdur:

“Dəfələrlə Sabunçu RİH-də qəbulda olmuşuq. Deyiblər ki, sizə bina vermək bizim səlahiyyətimizdə deyil. Gah bizi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə, gah da ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərirlər. Pandemiyaya görə də icra başçısı bizi qəbul etmir. Bizə bina lazımdır.

Qazilərimizlə bir araya gəlirik, müzakirələr aparırırıq, problemlərimizi həll edirik. Bir iş adamı var idi, dəmir konstruksiyadan hazırlanan tikilini bizə hədiyyə etmişdi, amma bizim normal şəraitli binaya ehtiyacımız var. Axı niyə biz öz müavinətimizlə məkan tutmalıyıq?”.

Şəhid atası Mütəllim İbrahimli isə dedi ki, məşğulluq xidmətindən avtoyuyuculuq üçün lazım olan avadanlıqlar verilib, lakin uyğun bir məkan tapmırıq ki, fəaliyyətə başlayaq:

“Mən xahiş edirəm ki, icra hakimiyyəti bizə bu şəraiti yaratsın”.

Şikayətlərlə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da telefonlarımıza cavab verən olmadı.

Şikayətçilərin müraciətlərinə Sabunçu Rayonu İcra Hakimiyyətindən müsbət cavab verilənə qədər mövzunu diqqətdə saxlayacayıq.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər