Qarabağ Qazisi intihar edəcəyini deyir - Prezidentə müraciət olundu








dogruxeber.tv: - Mingəçevir şəhər Heydər Əliyev 84,ev 14 ünvanında yaşayan könüllü Vətən müharibəsi iştirakçısı Paşazadə Elçin Yadigar oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab PrezidentŞ yazaraq Sizə bildirmək istəyirəm ki, mən Paşazadə Elçin Yadigar oğlu 17 oktyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılmışam.071 saylı Hərbi Hissənin tərkibində Cəbrayıl,Xocavənd və Laçın istiqamətində fəal döyüşmüşəm.21 dekabr 2020-ci il tarixdə təxris olunmuşam.
Cənab Prezident mülki həyata geri qayıtdıqdan sonra işsizliklə əlaqədər Mingəçevir şəhər Məşğulluq Mərkəzinə müraciət etdim.Lakin"Bizdə iş yoxdur"deyərək elə ağladılar ki,həmin vaxtı üzərimdə pul olmasa da,az qala əynimin köhnə paltarını belə çıxarıb onlara verməyim gəldi.Vətən müharibəsinə getməmişdən bir müddət öncə isə,işlə təmin olunmaq üçün tez-tez getdiyim həmin Məşğulluq Mərkəzi əməkdaşları tərəfindən içəri qəbul belə edilmirdim.
Nəzərinizə çatdırmaq istəyirəm ki,bir neçə gün öncə nəhayət dərdimin çarəsini tapdım deyib,Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı İlham Mehdixan oğlu İsmayılovun qəbuluna getdim.O,da Məşğulluq Mərkəzi əməkdaşları kimi,"Şəhərimizdə iş yerləri yoxdur"deyə elə cavab verdi ki,bir anlıq özünün də işsizlikdən əziyyət çəkdiyi düşündüm.
Yazaraq özüm barədə Sizi məlumatlandırmaq istəyirəm ki,ailəliyəm və iki azyaşlı övladım var.Öncə də qeyd etdiyim kimi,məni heç yerdə işə götürmürlər.Həmçinin heç bir sosial yardım,müavinət və ya pensiya almırıq.Aylıq kominal xərclər,özümün və həyat yoldaşımın maddi tələbatları bir yana,ata olaraq balalarıma gündəlik qarın dolusu yavan çörək belə tapıb yedizdirə bilmirəm.Sadəcə çörək istəyən və istədiyini tapmadığı üçün gözlərimin önündə ağlaya-ağlaya gecələyən övladların acısı məni param-parça edir.Axı Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı və ya Məşğulluq Mərkəzi kimi Dövlət İdarələri nə üçün bizim halımızı görməzdən gəlirlər!Necə deyərlər:Toxun acdan nə xəbəri olsun!
Mən üzümü Sizə tuturam.Sizin,həm vətənpərvər Rəhbər,həm də övladlarınıza qarşı qayğıkeş bir Ata olduğunuz danılmaz həqiqətdir.Bu səbəbdən də atanın halını Ata daha yaxşı anlayar.Sizdən çox xahiş edirəm,gündəlik maddi ehtiyaclarımızı qarşılamaq üçün mənə işlə təmin olunmaqda köməklik göstərəsiniz!Ümid edirəm ki,müraciətimi oxuduğunuz ilk andan etibarən,mənim məsələmlə bağlı tapşırıq verəcəksiniz!Uca Allah Sizi,Xanımınızı və Övladlarınızı qorusun!
Yuxarıda etdiyim çoxsaylı müraciətlərdən sonra dəfələrlə məni boş yerə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının müavini qəbul edib,elə mənim yanımda Mingəçevir Məşğulluq Mərkəzinə tapşırıq vermişdir.Eyni zamanda demək olar ki,həftə boyu ən azı 5 dəfə özüm də Dövlət Məşğulluq Agentliyinin 20 saylı saylı Ərazi Məşğulluq Mərkəzi Filialına gedirəm.Artıq yaşamaqdan belə bezmişəm.Bir ata kimi övladlarımın qarnını doydura bilmədiyim üçün utanıram.Özümü ən bədbəxt,çarəsiz ata kimi hiss edirəm.Artıq bu dərd-qəmdən qurtulmağın yeganə çarəsini intihar etməkdə görürəm.Həqiqətən də məni tezliklə işlə təmin etməsələr, intihar edəcəm.Əgər mən ölsəm,intihara səbəbkar İcra Hakimiyyəti və Məşğulluq idarələridir.Sizdən,bu Dövlətin Başçısı kimi çox xahiş edirəm,aclıqla mübarizə aparan övladlarımı himəyə edəsiniz,onlara atasızlığı unutdurasınız!
Sizə güvənirəm,mənə köməklik göstərəcəyinizə sonsuz ümidlər bəsləyirəm.
dia.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər