İki qurumun altında əzilən səhiyyə sistemimiz... - Əvvəl heç olmasa hara şikayət edəcəyini bilirdin...






dogruxeber.tv: - Bəşəriyyətin tarixi ərzində xeyli sayda epidemiyalar, xəstəliklər tüğyan edib, vəba, taun kimi xəstəliklər minlərlə insanın həyatına son qoyub.
Ancaq son bir ildə yayılan koronavirus, daha dəqiq desək COVİD virusu heç nə ilə müqayisə olunmur.
Təsəvvür edirsiniz, müasir tibb elmi ürəyi, qara ciyəri, hətta az qala beyni köçürə bilir. Amma balaca bir virusun qarşısında müasir tibb elmi aciz görünür. Ən müasir tibbi avadanlıqlar, laboratoriyalar bu virusdan baş aça bilmir, hərə bir fərziyyə danışır.
Son bir ildə dünyanın elm mərkəzləri nə qədər dioqnoz verib, bir ay sonra yalan çıxıb. Yəni bu adi epidemiya, pandemiya deyil, fəlakətdir.
Və dünya bununla ciddi mübarizə aparır.
Ancaq 1 ildir ki, bizim səhiyyə naziri Oqtay Şirəliyev tapılmır, deyirlər qeybə çəkilib.
Bu bilirsiniz nəyə oxşayır ?
Ölkədə dəhşətli müharibə gedir, Müdafiə Naziri, Baş qərargah rəisi gözə dəymir.
Yaxşı Səhiyyə Naziri tapılmır. Bəs o biri qurumun rəhbəri hara qeyb olub.
Söhbət Allah qoymasa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıdan gedir.
Adama deyərlər ki, bu nə qurumdur. Səhiyyə naziri varsa, ( varmı ?) bu TƏBİB nədir. Yox, TƏBİB varsa, Səhiyyə Nazirliyi bizim nəyimizə lazımdır ? Bu nə oyundur.
Yaxşı Oqtay Şirəliyev itkin düşüb, bütün cəmiyyət onu axtarır. Bəs Ramin Bayramlı niyə cəmiyyətin qarşısına çıxıb nəsə bir söz demir ?
Əslində Ramin Bayramlı bu gün nazirdən çox səlahiyyətlərə malikdir. Amma fəaliyyəti hiss olunmur. Daha doğrusu mənfi mənada hiss olunur.
Bu gün qeyri-özəl, yəni bütün dövlət tibb müəssisələri Ramin Bayramlıya tabedir.
Ramin Bayramlı 7-8 ay əvvəl bir imzası ilə Semaşko-nun, yəni 1 saylı “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlunu vəzifədən azad etdi.
Ramin Bayramlının digər əmri ilə Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edildi.
Nə dəyişdi, Ramin Bayramlı..?
Bu gün koronavirus pandemiyası ilə bağlı həkimlərimiz öz həyatlarını təhlükəyə ataraq xəstəliklə mübarizə aparırlar. Yəni bu həkimlər də döyüşçü kimi vuruşurlar.
Bəs verdiyiniz sözə niyə əməl etmədiniz ?
Axı, həkimlər gecə-gündüz çalışır, hətta evlərinə getmir, uşaqlarına baş çəkmirlər. Qarşılığında əmək haqqının bir neçə mislini söz vermişdiniz. Bəs nə oldu ?
İndi həkimlər hay salıblar ki, hətta yanvar ayının maaşını ala bilmirik. Hətta bəzi həkimlərin maaşları azaldılıb, əlavələr kəsilib.
Yeni təyin etdiyin direktorun dövlət xəstəxanasında kəsdiyi raconlardan xəbərin varmı?
Budur sənin islahatların, cənab Ramin Bayramlı ?
Növbəti yazımızda ''Semaşko''da baş verən qanunsuzluqlardan geniş bəhs edəcəyik.
Bizi izləyin //gundelik-baku.com//

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər