Nəcməddin Sadıqov NİYƏ HƏBS OLUNMADI... - “O və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır”







dogruxeber.tv: - General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi.

Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıkovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıkovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı da istisna olunmur.

Nəcməddin Sadıqov NİYƏ HƏBS OLUNMADI... - “O və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır”






Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rövşən Əkbərov kimi Azərbaycan Ordusunda əli qana batan çox sayda yüksək rütbəlilər var: “Nəcməddin Sadıkov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıkov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".

Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər