Mikayıl Cabbarov: "Beynəlxalq yükdaşımalarda yerli şirkətlərin payının artımı üçün addımlar atılmalıdır"

dogruxeber.tv: - İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, yerli nəqliyyat müəssisələrinə və daşıyıcılara dəstək məqsədilə keçirilmiş işgüzar görüşdə dövlət qurumlarının nümayəndələri, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, infrastrukturun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, bu sahəyə böyük həcmdə dövlət investisiyasının yatırıldığını, nəqliyyat sektorunun təkmilləşdirilməsi məqsədilə görülən işlər nəticəsində logistika və tranzit imkanlarının genişləndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkəmizdə aparılan uğurlu iqtisadi-siyasi islahatlara uyğun olaraq, son dövrlərdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da öz növbəsində, beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir. İqtisadiyyatın inkişafında, qarşıya qoyulmuş hədəflərə nail olunmasında infrastruktrun əhəmiyyətli rol oynadığını qeyd edən M. Cabbarov yükdaşımalar bazarında rəqabətin böyük olduğunu, yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyni bildirib.

Qeyd edilib ki, yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir.

M. Cabbarov dövlət-özəl sektoru tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil vasitəsi ilə beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb. İqtisadiyyat naziri görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev son dövrlərdə ölkənin nəqliyyat-tranzit infrastrukturunun inkişafı sahəsində görülən işlər, beynəlxalq yükdaşımalar istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda ümumi uzunluğu 19 min kilometrdən artıq olan avtomobil yollarının 4,7 min km-dən çoxu respublika əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərimizin bərpasından sonra bu yollara daha 2 min km əlavə edilmiş olacaq. Azad edilmiş torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları nəqliyyat-logistika sektorunda iştirakçılar üçün imkanları daha da genişləndirəcək.

R. Nəbiyev milli avtomobil daşıyıcıların təkcə yerli bazarda deyil, regionda daha rəqabətqabiliyyətli olması üçün zəruri addımlardan bəhs edib. Nazir yerli şirkətləri qlobal şəbəkənin bir hissəsinə çevrilməyə, ona inteqrasiya etmək üçün səylərini artırmağa çağırıb. Qeyd edilib ki, innovativ, təhlükəsiz və etibarlı xidmət göstərən yerli şirkətlər beynəlxalq tərəfdaşlıq çərçivəsində regional bazarda mövqelərini möhkəmləndirə bilərlər.

Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində təkliflər səsləndirib, mövzuya dair müzakirələr aparılıb, şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.

Oxunub: 646

Son xəbərlər

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Bütün xəbərlər