Qarabağ Qazisini KİMLƏR İNCİDİR? - NARAZILIQ!

dogruxeber.tv: - Göyçay sakini İsmayıl Rəhimov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib ki, əlillik dərəcəsini təyin etdirə bilmir.

İsmayıl Rəhimov İkinci Qarabağ müharibəsində Talışkənd, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 1-də Suqovuşan uğurunda döyüşlərdə yanında partlayan artilleriya mərmisindən sol qolundan və ayağından qəlpə yaraları alıb və ordudan təxris edilib. Yaralandıqdan sonra onu ilk olaraq Naftalana, oradan Gəncəyə, daha sonra isə vertalyotla Bakıya – Mərkəzi Hərbi Klinik Hospitala gətiriblər.

Hospitalda Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən İsmayıl Rəhimova “Partlayış travması, keçirilmiş sol dirsək sinirinin postravmatikk neyropatiyasının sol əlin finksiyasının cüzi dərəcədə pozulması ilə nəticələnmiş qalıq əlaməti, sol saidin aşağı 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozu qoyulub.

Şikayətçinin sözlərinə görə, onun sənədlərini TƏBİB-ə göndəriblər, oradan isə deyilib ki, müalicəyə ehtiyacı var. İ. Rəhimov isə iddia edir ki, onun müalicəyə ehtiyacı yoxdur. Sol əlində iki barmağının fəaliyyəti tamam dayanıb, bir barmağı əsir, ayağında isə qəlpə var.

“Sənədlərimi yazıb göndərdim Mərkəzi Hərbi Klinik Hospitala. Hospitalda baxılıb deyildi ki, barmaqları əməliyyat etsək də, fəaliyyəti bərpa olunmayacaq. Ondan sonra müalicələr dayandı, əməliyyat olunmadı. Ayağımda olan qəlpəni də çıxarmırlar, deyirlər ki, çıxarsaq ola bilər ayaq fəaliyyətini itirər. Yeriyəndə həm ağrıyır, həm də axsayıram. İndi əlillik dərəcəsi almaq istəyirəm, amma heç kim bir söz demir”.

İ. Rəhimov Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasında da olub. TSEK-dən bildiriblər ki, həqiqətən qol sinirində problem var. Amma əlillik dərəcəsinin təyin edilməsi üçün Mərkəzi Hərbi Klinik Hospital yetərli arayış-ekipiriz verməyib.//dia.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər