Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...

dogruxeber.tv: - Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində keçmiş deputat Qalib Salahzadənin hərəkətlərində Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi müəyyənləşdirilib. O, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Seymur Quliyevin 20 sot ərazisi olan bağın zəbt olunması, ərazidəki iki evin sökülməsinə görə ittiham olunur.

Seymur Quliyev Bilgəhdə dəniz sahilində yerləşən sözügedən əmlakı 2004-cü ildə alqı-satqı yoluyla əldə edib, onun mülkiyyət hüququnu təsdiqləyən çıxarış alıb. 2012-ci ildə Qalib Salahzadənin ailə üzvləri onun mülkiyyətində olan bağ evinə iddia edib. Qalib Salahzadənin gəlini Xatirə Salahzadənin (o, həm də hazırda deputat olan Əliabbas Salahzadənin həyat yoldaşı, Allahşükür Paşazadənin qızıdır) adına çıxarış alınıb. Quliyevlər ailəsi isə zorla bağ evindən çıxarılıb, ərazidə olan iki ev sökülüb. İllərlə davam edən məhkəmə prosesləri nəticəsində Xatirə Salahzadənin adına olan çıxarış ləğv edilib, Seymur Quliyevin mülkiyyət hüququnu məhkəmələr də tanıyıb.

Əmlakının zəbt olunduğunu, evlərinin söküldüyünü iddia edən Seymur Quliyev Sabunçu Rayon Məhkəməsində Qalib Salahzadə, Əliabbas Salahzadə və Xatirə Salahzadəyə qarşı iddia qaldırıb.

Seymur Quliyev iddia ərizəsində göstərib ki, Salahzadələr ailəsinin özbaşınalığı nəticəsində özünə məxsus əmlakdan istifadə edə bilmir: “Mülkiyyət sənədilə mənə məxsus olan ərazidə, dağıdılmış əmlakımın yerində 5 ildir ki, pullu dayanacaq yaradıblar. O dayanacağı da cavabdeh Xatirə Salahzadə və deputat olan əri Əliabbas Salahzadə işlədir. İl ərzində mənim özəl mülkiyyətimdə pullu dayanacaq işlətməklə onlar 90 min manata qədər pul qazanırlar. Orada gündə azı 150-200 maşın saxlanılır. Təkcə yay ayları üzrə hər maşına görə 5 manatdan hesablayanda 1 günə 1000 manat və daha artıq pul qazanırlar. Aya 30 min manat, bir ilə - təkcə yay aylarına 90 min manat edir. Bu isə 5 il ərzində 450 min manat deməkdir”.

İddiaçı dayanacaqda verilən qəbzləri həm Daxili İşlər Nazirliyində aparılan istintaqa təqdim edib, həm də məhkəməyə ərizəsinə əlavə olunub.

Seymur Quliyevim sözlərinə görə, “Azəraudit” onun sökülən əmlakını (3 mərtəbəli və 2 mərtəbəli bağ evləri) qiymətləndirib. Hələ 2012-ci ildə ona əmlakının sökülməsinə görə 2 milyon 460 min manat ziyan dəyməsi barədə rəy verib. Ona görə də Salahzadələrə qarşı iddia ərizəsində evlərinin sökülməsinə görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, 5 il ərzində onun ərazisindən dayanacaq kimi istifadəyə görə 450 min, söküntü zamanı evdə olmuş daşınar əşyalara (mebel, kondisioner, paltarlar və s.) görə isə 96 min manat ödəmək tələbi qoyub.

O, iddia ərizəsində prezidentin maraqlı şəxs qismində qoyulmasını isə belə əsaslandırıb: “Doqquz ildir ki, cənab prezidentə 2000-dən artıq şikayət yazmışam, media vasitəsilə dəfələrlə müraciət etmişəm. Təkadamlıq aksiyalar keçirməklə bir Azərbaycan vətəndaşına qarşı baş verən misli görünməmiş cinayətə cənab prezidentin diqqətini cəlb etməyə çalışmışam. Bütün səylərimə baxmayaraq, konstitusion hüququm olan mülkiyyət hüququ 9 ildir ki, kobud şəkildə pozulur. Bu səbəbdən də Konstitusiyamızın qarantı olan cənab prezidenti işdə maraqlı şəxs qismində cəlb edirəm ki, mənə qarşı baş verən qanunsuzluqları onun diqqətinə çatdırmaq mümkün olsun”.// dia.az

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər