gundem / hadise
17.05.2021, 09:51
İki avtomobil toqquşub, sərnişin həyatını itirib
dogruxeber.tv: - : - DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107” –də sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


